IqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

“YAŞAT” Fondu tərəfindən 17 mindən çox şəhid ailəsi üzvü və yaralı ziyarət olunub

Bu günə qədər “YAŞAT” Fondu tərəfindən 2927 şəhidin ailə üzvləri ziyarət olunub. Mövcud problemləri öz gözümüzlə görmüşük və şəhid ailə üzvlərinin dilindən eşitmişik. Müraciətlər elektron qaydada mərkəzləşdirilmiş sistemə daxil edilir və təyinatı üzrə dəstək göstərilir. 5809 qazi ilə müxtəlif məkanlarda görüş keçirilib. Onlardan 300-dən çoxu ağır yaralıdır ki, həmin şəxslər də evlərində, müalicə aldıqları tibb müəssisələrində ziyarət olunublar. Fond tərəfindən öhdəliyə 13 min 45 şəxs götürülüb. Ümumilikdə ziyarət olunan şəhid ailə üzvləri və yaralıların sayı 17 min 174-ə bərabərdir.

Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, 13 min 45 şəxsin 23 min 857 problemi öz həllini tapıb. Bu da təxminən bir nəfərin iki müraciəti deməkdir. Problemlərin həlli istiqamətində 64 milyon manatdan çox vəsait xərclənib.

“Ödənişlərin xərc istiqaməti üzrə bölgüsünə nəzər salsaq, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə təxminən 59 faiz təşkil edir və 38 milyon 347 min 600 manat vəsait xərclənib. Həmin vəsait 10 min 812 şəxsi əhatə edib.

Xərclərin 29.4 faizi tibbi xərclərin ödənilməsinin payına düşür. Həmin istiqamətdə 19 milyon 155 min 373 manat 61 qəpik vəsait xərclənib və 10 min 698 şəxsi əhatə edib.

Borc öhdəliklərinin qarşılanması ilə bağlı 2 min 89 şəxsə dəstək göstərilib. Bu zaman 6 milyon 686 min 975 manat 55 qəpik vəsait ödənilib ki, bu da xərclərin 10.2 faizi deməkdir.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri ümumi xərclərin 1.44 faizini təşkil edir. Həmin istiqamət üzrə 258 nəfərə dəstək göstərilib və 937 min 484 manat 97 qəpik vəsait xərclənib”, – deyə E.Hüseynov qeyd edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!