IqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir qazimiz Vətənə qayıdıb

Tovuz rayonunun Dondar Quşçu kəndindən olan 44 günlük Vətən müharibəsinin iştirakçısı, 28 yaşlı Xüsusi Təyinatlı Qüvvələrin giziri Məmmədov Şəmsi Lətif oğlu YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə olunaraq Vətənə qayıdıb.

Tovuz rayonunun girişində qazimizi ictimaiyyət nümayəndələri, dostları, qohumları qarşılayıblar. Daha sonra qazimiz rayondakı Şəhidlər xiyabanına gələrək şəhidlərimizin məzarlarını ziyarət edib.

Qazimizin öz doğma evinə dönməsi münasibətilə qurban kəsilib.

Gizir Şəmsi Məmmədov Aprel döyüşlərində və Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. İlk dəfə 2020-ci il sentyabrın 29-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıb. Buna baxmayaraq, döyüşməkdə davam edib. İkinci dəfə Şuşa istiqamətində gedən döyüşlərdə oktyabrın 24-də ağır yaralanıb.

Dövlətimizin dəstəyi ilə Türkiyədə müalicə alan Şəmsi Məmmədov yeddi dəfə əməliyyat olunub. Bundan sonra Bakıda reabilitasiya mərkəzində müalicəsi davam edəcək.

Qazimiz bir sıra medallarla təltif olunub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!