IqtisadiyyatSağlamlıqTəqdimat

“YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşina ağır yaralılarımızı müayinə edib

“YAŞAT” Fondu tərəfindən müharibə əlillərinə dəstək davam edir. Yaralıların ölkə daxilindəki müalicələrinə daimi dəstək göstərilməsi ilə yanaşı, ağır yaralanmış şəxslər ölkə xaricinə müalicə üçün göndərilir, habelə ölkəmizə mütəxəssislər dəvət olunurlar.

Bu barədə Frame.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, 2019-2021-ci ildə Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri olan, İnsan Miqreni Araşdırma Birliyinin direktoru, Danimarkada Azərbaycan Diasporunun fəxri üzvü Məsud Aşina və Harvard Tibb Məktəbinin Nevrologiya və anesteziologiya kafedrasının dosenti, Bostondakı “Beth İsrael Deaconess” Tibb Mərkəzinin Baş ağrısı şöbəsinin rəhbəri Səid Aşina tərəfindən müharibə əlillərinin müayinə prosesi keçirilib. Vətən müharibəsi zamanı başından ağır xəsarət alan qazilər Bakı Sağlamlıq Mərkəzində təkrar müayinə prosesinə cəlb ediliblər və onlara uyğun müalicə təyin olunub.

Ötən il də şiddətli baş ağrılarından əziyyət çəkən müharibə əlilləri professor tərəfindən müayinə olunaraq, müalicə prosesinə cəlb edilmişdilər.

Məsud Aşina, həmçinin ölkəmizdə müvafiq ixtisas üzrə təhsil alan gənc mütəxəssislərlə görüşərək onlarla təcrübələrini bölüşüb, tələbələrə seminar keçib.

Xatırladaq ki, Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib. Əsas qayəsi dünyanın ən bilikli həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape” nəşrinin son on il ərzində dünyada baş ağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, “YAŞAT” Fondu tibb istiqaməti ilə yanaşı, məişət şəraitinin yaxşılaşdırılması, borc öhdəliklərinin qarşılanması, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə də Fondun subyektlərinə dəstək göstərir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!