Site icon Frame.az

“YAŞAT” Fondunun Londondakı yay məktəbi davam edir  

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci “YAŞAT” yay məktəbi davam edir.

 

Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

 

13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərindən sonra şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak ediblər.

 

Ekskursiya Trafalqar meydanı ilə başlayıb, “Chinatown”la davam edib. İştirakçılar şəhərin tarixi məkanı olan və 11-ci əsrdə inşa edilən London qalasını ziyarət ediblər, onlara geniş məlumat verilib. Eyni zamanda Temza çayının üzərində salınmış Tauer körpüsü boyunca gəzinti baş tutub.

 

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edir.

Exit mobile version