“YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb

Oktyabrın 28-dən 31-dək Gənclər və İdman Nazirliyi, “YAŞAT” Fondu və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən “YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb.

18-24 yaş aralığında 22 şəhid övladının iştirak etdiyi düşərgə müddətində iştirakçılar ekskursiyalar çərçivəsində N saylı hərbi hissəni, Göygölü, Maralgölü və Göygöl şərab zavodunu ziyarət ediblər.

Peşəkar skautlar tərəfindən düşərgə həyatının ayrılmaz hissəsi olan çadırların düzgün formada quraşdırılması, oxatma və səmtin təyin edilməsi təlimləri həyata keçirilib. Düşərgənin sonuncu günü bağlanış mərasimi keçirilib, iştirakçılara simvolik hədiyyələr təqdim olunub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: