Yaşıl Bakı əmlak sığortası məhsulu üzrə “Yaşıl Bakı üçün əl-ələ” adlı KSM layihəsi həyata keçirilib!

Şəhərimizin yaşıllaşdırılmasına töhvə vermək məqsədi ilə yola çıxan PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası üzrə başladığı korporativ sosial məsuliyyət çərçivəsində ağacəkmə aksiyası keçirmişdir. Zirə qəsəbəsində baş tutmuş ekoloji tədbirdə “Yaşıl Bakı” sığortasını əldə etmiş PAŞA Sığorta müştəriləri və könüllü əməkdaşları tərəfindən 150-dən çox cökə, çinar və zeytun ağacları əkilmişdir. Ağacəkmədən sonra Zirə Ekoparkda çalışan florist tərəfindən KSM -də iştirak edən şəxslərə ev şəraitində bitkilərin saxlanması və onlara qulluq qaydaları barədə məlumat verilmişdir. Fəaliyyəti ilə nümunə olmağa davam edən PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası məhsulu ilə müştərilərinə həm əmlaklarını sığortalamağa, həm də doğma şəhərimizə ağac hədiyyə etməyə imkan yaratmışdır. 

 Qeyd edək ki, “Yaşıl Bakı” könüllü əmlak sığortası əldə edən müştərilərimiz adından məhsulun paketlərinə uyğun olaraq ağaclar əkilir. 

Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: