“Yaşıl Könüllülər” adlı yeni layihəyə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Könüllülər” adlı yeni layihəyə start verir.
Layihənin məqsədi:
Gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı şəhərində 3 gün ərzində 30 nəfərə yaxın iştirakçıya “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və s. bu kimi istiqamətlərə uyğun olaraq gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması və ekoloji aksiya və marafonların keçirilməsində gənclərin, könüllülərin iştirakının stimullaşdırılması mövzularında görüşlər və praktiki məşğələlər təşkil olunacaqdır.
3 dekabr tarixindən başlayaraq qeyd olunan mövzular üzrə keçiriləcək seminarlarda ixtisaslaşmış ekspertlərlə görüşlər təşkil olunacaqdır.
Layihə müddətində eyni zamanda “Gəlin şəhərimizi təmiz saxlayaq” devizi altında 100-ə yaxın könüllünün iştirakı ilə təmizlik kampaniyası keçiriləcəkdir.
Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər.
Müraciət üçün son tarix: 01 dekabr 2022-ci il saat 18:00
Ərizə forması: https://forms.gle/57XNBxWoqDDXeD4cA
Əlaqə vasitəsi: info@avpu.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: