Idman

Yaşıl meydanlarda nələr baş verdi?

Fransa Çempionatı 26-cı tur.

Turun açılış qarşılaşmasında Bastiya öz meydanında çempionatın lideri Monako komandası ilə üz-üzə gəlib. İlk hissənin 19-cu dəqiqəsində Diallo’nun vurduğu qol sayəsində ev sahibi komanda hesabda önə keçib 1:0. İkinci hissədə hücumlarının kəsərini artıran Monako 52-ci dəqiqədə Bernard Silva’nın başla vurduğu qol sayəsində hesabı bərabərləşdirib. Qalan vaxt ərzində hər iki tərəfin hesabı öz xeyrinə dəyişmək üçün gözəl fürsətləri olsa da oyunda başqa qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb. Lider Monako’nun xal itkisindən maksimum yararlanacağı gözlənilən PSJ gözlənilmədən öz meydanında Tuluza komandasının müqavimətini qıra bilməyib 0:0. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan Nittsa isə turu qələbə ilə başa vurub. Səfərdə Loryan’ın qonağı olan Lusien Favre’nin yetirmələri 1:0 hesablı qələbə qazanıb. Qış fasiləsində Evra, Payet, Sanson kimi futbolçuları heyətinə qatan Marsel deyəsən artıq özünə gəlməyə başlayır. Öz meydanında Renn komandasına 2:0 hesabı ilə qalib gələn Marsel turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Marsel – Renn 2:0 Kan – Lill 0:1 Anje – Nansi 1:0 Bastiya – Monako 1:1 Bordo – Genqam 3:0 Metz – Nant 1:1 Loryan – Nittsa 0:1 Lion – Dijon 4:2 Montpellye – Sent Ettyen 2:1 PSJ – Tuluza 0:0

İspaniya Çempionatı 23-cü tur.
Turun açılış oyununda çempionatın autsayderi Qranada öz meydanında Betis komandasını qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatdı. Çempionatının lideri Real Madrid öz yerində Espanyol’u 2 cavabsız qolla üstələyib. Uefa Çempionlar Liqasında PSJ komandasına 4:0 hesabı ilə məğlub olan Barselona çətinliklə də olsa Leqanes’ə qalib gəlməyi bacarıb 2:1. İspaniyanın köklü klublarından olan Valensiya nəhayət bu tur azarkeşərinə qələbə seviinci bəxş edib. Komanda öz meydanında Atletik Bilbao komandasına 2:0 hesabı ilə qalib gəlib. Sarabiya və Vitolonun vurduğu qollar sayəsində Sevilya komandası Eybar’ı 2:0 hesabı ilə məğlub edib. Atletiko Madrid Kevin Qameyro’nun het-trik etdiyi qarşılaşmada səfərdə Sportinq Gixon komandasına 4:1 hesabı ilə qalib gəlib. Tura bazar ertəsi keçirilən Malaqa – Las-Palmas qarşılaşması ilə yekun vurulub. Görüş ev sahibi Malaqa’nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nəzərinizə çatdıraq ki, keçirilən 10 oyunun heç birində heç-heçə qeydə alınmayıb. Bu nəticələrdən sonran Real Madrid 51 xalla turnir cədvəlinin vahid lideridir. Ondan 1 xal az toplayan Barselona ikinci, aktivində 49 xalı olan Sevilya isə üçüncüdür.
Qranada – Betis 4:1
Valensiya – Atletik Bilbao 2:0
Real Sosyedad – Vilyareal 0:1
Real Madrid – Espanyol 2:0
Barselona – Leqanes 2:1
Deportivo – Alaves 0:1
Selta – Osasuna 3:0
Sportinq Gixon – Atletiko Madrid 1:4
Sevilya – Eybar 2:0
Malaqa – Las-Palmas 2:1

Almaniya Çempionatı 21-ci tur. Çempionatın lideri Bavariya bu turu xal itkisi ilə başa vurub. Berlin’də Herta komandasının qonağı olan Karlo Ançelotti’nin yetirmələri Levandovski’nin 90-cı dəqiqədə vurduğu qol sayəsində məğlubiyyətdən xilas olub. Bavariyanı qarabaqara izləməkdə olan Leypziq bu turu 3 xalla başa vurub. Səfərdə Borussiya Münhenqladbax komandasına 2:1 hesabı ilə qalib gələn Leypziq xallarının sayını 45-ə çatdırıb. Çempionalr Liqasının 1/8 final mərhələsində Benfika’ya məğlub olan Borussiya Dortmund ölkə çempionatında azarkeşlərini sevindirib. Doğma meydanda Volfsburq’u qəbul edən Tüxel’in yetirmələri rəqibin qapısıdan 3 cavabsız top keçirdib. Auqsburq – Bayer 1:3 Herta – Bavariya 1:1 Köln – Şalke 1:1 Borussiya Münhenqladbax – Leypziq 1:2 Borussiya Dortmund – Volfsurq 3:0 Ayntraxt – İnqolştadt 0:2 Hoffenhaym – Darmştadt 2:0 Maynts – Verder 0:2 Hamburq – Frayburq 2:2

İtaliya Çempionatı 25-ci tur.

Tura cümə günü Yuventus – Palermo oyunu ilə start verildi. Gözlənildiyi kimi Yuve bu görüşdə çətinlik çəkmədən qələbə qazandı 4:1. Yuve’nin əsas izləyiciləri Roma və Napoli də turu 3 xalla başa vurdular. Roma öz meydanında 4:1 Torino’dan Napoli isə səfərdə 3:1 hesabı ilə Kyevo’dan güclü oldu. Napoli’yə 1:7, Milan’a 0:1, Sampdoriya’ya 1:3 hesabı ilə ardıcıl məğlubiyyətlərdən sonra Bolonya bu turu da məğlubiyyətlə başa vurdu. Bu dəfə öz meydanında İnter’ə 0:1 hesabı ilə məğlub olan Donadoni’nin yetirmələri turnir cədvəlində 15-ci pilləyə endi. Turun mərkəzi qarşılaşmasında Milan və Fiorentina komandaları üz-üzə gəldi. Hesabı görüşün 16-cı dəqiqəsində Kuçka açdı 1:0. Lakin ev sahiblərinin sevinci uzun çəkmədi. Dörd dəqiqə sonra Fiorentina klubunun ən sərrast futbolçusu Kaliniç tablodakı rəqəmləri eyniləşdirdi 1:1. Buraxdıqları qoldan sonra hücumların kəsərini artıran Milan çox keçmədən yenidən hesabda önə keçməyi bacardı. Qış transfer pəncərəsində Everton’dan icarələnən Delofeu yaxın məsafədən Tataruşanu’nun qapısına yol tapdı 2:1. İkini hissədə hər iki komandanın qol vurmaq üçün imkanları olsada qapılara başqa qol vurulmadı və matç Milan komandasının 2:1 hesablı qələbəsi ilə başa çatdı. Yuventus – Palermo 4:1 Atalanta – Krotone 1:0 Empoli – Latsio 1:2 Peskara – Cenoa 5:0 Kyevo – Napoli 1:3 Sampdoriya – Kalyari 1:1 Bolonya – İnter 0:1 Udineze – Sassuolo 1:2 Roma – Torino 4:1 Milan – Fiorentina 2:1

Azərbaycan Çempionatı 19-cu tur.

Turun açılış qarşılaşmasında İnter Bakı öz meydanında Zirə komandasını qəbul edib. Görüşün 40-cı dəqiqəsində qonaqlar Denis Silva Kruz’un avtoqolu sayəsində hesabda önə keçib 0:1. Lakin ikinci hissənin 47-ci dəqiqəsində ev sahibi İnter komandası Rauf Əliyev’in qolu sayəsində hesabı bərabərləşdirib. Hər iki komandanın fərqlənmək üçün şansları olsa da oyunda başqa qol vurulmayıb 1:1. Neftçi – Kəpəz oyununda da bərabərlik qeydə alınıb 0:0. Sumqayıt – Azal oyununda 1:0 hesabı ilə meydan sahibləri qələbə qazanıb. Turun mərkəzi qarşılaşmasında Qəbələ Qarabağ’ı qəbul edib. Hesab görüşün 30-cu dəqiqəsində açılıb. Sergey Zenyov yaxın məsafədən qapını dəqiq nişan alaraq komandasını hesabda önə keçirib 1:0. İkinci hissənin 68-ci dəqiqəsində qapıçı ilə üz-üzə qalan Filip Ozobiç hesabı 2:0-a çatdırıb. Qalan 22 dəqiqə ərzində qapılara top vurulmadı və oyun Qəbələ’nin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Bu nəticələrdən sonra Qəbələ 42 xalla birinci, onunla eyni xala malik olan Qarabağ ikinci, aktivində 33 xalı olan İnter Bakı komandası isə üçüncüdür. İnter Bakı – Zirə 1:1 Neftçi – Kəpəz 0:0 Sumqayıt – Azal 1:0 Qəbələ – Qarabağ 2:0

Portuqaliya Çempionatı 22-ci tur.

Tura cümə günü Portu – Tondela qarşılaşması ilə start verilib. Gözlənildiyi kimi görüş ev sahibi Portu’nun qələbəsi ilə başa çatıb 4:0. Həmyerlilərimiz Kamran Ağayev və Emin Mahmudov’un şərəfini qoruduğu Boavişta səfərdə İvan Bulos’un vurduğu yeganə qol sayəsində Feyrenşe komandasına qalib gəlməyii bacarıb. Qeyd edək ki, bu qarşılaşmada Kamran Ağayev ve Emin Mahmudov meydana çıxmayıb. Turun mərkəzi matçında Braqa – Benfika ilə üz-üzə gəlib. Görüşün 80-ci dəqiqəsində Benfika klubunun hücumçusu Kostas Mitroğlu’nun vurduğu qol yeganə olub. Bu qələbə sayəsində Benfika liderliyini davam etdirib. Sportinq – Riu Ave qarşılaşmasında da qapılara 1 top vurulub. Ruiz 20-ci dəqiqədə fərqlənməklə ev sahibi komandaya qələbə qazandırıb. Tura Maritimo – Nasional matçı ilə yekun vurulub. Oyun başladığı kimi qolsuz bərabərə başa çatıb. Bu nəticələrdən sonra Benfika 54 xalla birinci, Portu 53 xalla ikinci, Sportinq 44 xalla üçüncüdür. Portu – Tondela 4:0 Sportinq – Riu Ave 1:0 Çaves – Arouka 2:0 Moreyrenşe – Eştoril 1:1 Feyrenşe – Boavişta 0:1 Pakoş De Ferreyra – Setubal 2:1 Belenenseş – Gimarayeş 1:1 Braqa – Benfika 0:1 Maritimo – Nasional 0:0

Pərvin Bayramov.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!