Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar AZAL-ın bəzi reysləri gecikir
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.
Bu barədə Frame.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Həmin reyslər bunlardır:
İslamabad-Bakı (J2 5144)
Dammam-Bakı (J2 8210)
Dehli-Bakı (J2 058)
Dubay-Bakı (J2 016).
Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.