FutbolIdman

Yay Transfer pəncərəsi bağlandı

Avqust ayının 31-i Bakı vaxtı ilə saat 00:00-da yay transfer pəncərəsi bağlanıb.

Bu ilin ən səs-küylü transferinə Fransa’nın “PSJ” komandası imza atdı. “PSJ” “Barselona” klubunun Braziliya’lı ulduzu Neymar’ı 222 milyon avro qarşılığında sıralarına qatıb. Bundan savayı “PSJ” icarə əsasında olsa belə “Monako” klubunun gənc ulduzu Kilian Mbappe’ni də heyətinə qatdığını qeyd edək.

Usman Dembele 105 milyon avro qarşılığında “Borussiya Dortmund” klubundan Barselona’ya transfer olunub.

İtaliya’nın “Milan” komandası Yuventus’un 30 yaşlı mərkəz müdafiəçisi Leonardo Bonuççi’ni heyətinə qatıb.

“Mançester Yunayted” 85 milyon avro müqabilində Romelu Lukaku’nu sıralarına cəlb etdi.

“Çelsi” Alvaro Morata’ya görə Real’a 65 milyon avro ödəyib.

Almaniya nəhəngi “Bavariya” Korentin Tolisso’nu 41,5 milyon avroya transfer edib. Federiko Bernardeski’yə görə 40 milyon avro ödəyən “Yuventus” bu yay transfer pəncərəsində ən bahalı transferini reallaşdırıb. Paulinyo 32,5 milyon avro qarşılığında Barselona’ya keçib.

“Milan” “Portu” klubunun gənc hücumçusu Andre Silva’ya görə 38 milyon avro ödəyib. 58 milyon avro qarşılığında Monako’dan Mançester Siti’yə transfer olan Benjamin Mendi dünyanın ən bahalı müdafiəçisi olub.

PƏRVİN BAYRAMOV

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!