FinansIqtisadiyyatTurizmTəqdimat

Yelo Bank-ın aktivləri 287 mln manat artıb

Yelo Bank 2022-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə ilin əvvəlindən başlatdığı müsbət artım dinamikasını son rüb də davam etdirib. Belə ki, Bankın aktivləri bir il ərzində 287 mln manat artaraq 821 mln manatı keçib.

Bankın uzun müddətdir ki, kredit portfeli üzrə inkişafı uğurla davam etdirilir. Ümumi portfel il ərzində 176 mln artaraq 622 mln manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. 2022-ci il ərzində Yelo Bank tərəfindən 19 mindən çox biznes krediti verilib ki, nəticədə biznes kredit portfeli 137 mln, yəni 53% artaraq 396 mln manata yüksəlib.

Dördüncü rüb ərzində 5000-dən çox müştəriyə 46 mln manat istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə kredit portfeli il ərzində 22%, yəni 39,9 mln artımla 220 mln manatı ötüb. Bu satışın 30%-i, eləcə də portfel artımının 49%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Bu isə Yelo Banka olan inam və etibarın göstəricisidir. Belə ki, 2022-ci il ərzində 10 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və nəticədə ümumi əmanət portfeli 62% artımla 572 mln manatı ötüb. Cəlb olunan əmanətlərin arasında yeni müştərilərin sayının da sürətlə artması Bankın həm xidmət keyfiyyəti, həm şərtlər baxımından əlverişli olduğunu göstərir. 

Eyni zamanda hesabat dövrü üzrə Bankın faiz gəlirləri 86 mln manat olub. Bu isə 2021-ci il ilə müqayisədə 23 mln manat daha çoxdur. Qeyd edək ki, Bank ili 5.2 mln manat xalis mənfəətlə başa vurub.

Hesabat dövrünə Bank-ın məcmu kapitalı 93 mln manatı ötüb. Bu da requlyativ tələbdən 43 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.13%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.84% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

Qeyd edək ki, 2022-ci il ərzində Yelo Bank xidmət şəbəkəsini genişləndirib. Regionlarda bir neçə filial açılıb, mövcud filiallar isə təkmilləşdirilib. Yeni istifadəyə verilən filialların əksəriyyəti rəqəmsal konseptlidir. Belə konseptli filialların əsas məqsədi bank əməliyyatlarını çevik və rahat şəkildə müştərilərə təqdim etmək, həmçinin, nağdsız ödənişlərin stimullaşdırılmasına töhfə verməkdir.

Bankın parlaq uğurları bununla bitmir. Nağdsız əməliyyatların stimullaşdırılması istiqamətində Bank ötən il ərzində innovativ yeniliklər və xidmətlər təqdim edib. Nəticədə 2022-ci ildə Bankın nağdsız ödəmə dövriyyəsi ötən illə müqayisədə 70%-dək çoxalıb. Müştəri rahatlığı üçün bir sıra rəqəmsal yeniliklər də gətirilib. Məhz buna görə Markswebb konsaltinq agentliyi tərəfindən Mobile Banking Day Baku konfransında 1000 kriteriya üzrə dəyərləndirilmiş Yelo App ən rahat mobil tətbiq seçilib. Yelo Bank 2023-cü ildə də bank sektoruna parlaq yeniliklər gətirməyə davam edəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!