Yeni ildə yeni dil öyrən!

“Azercell” “Busuu” məşhur dil öyrənmə tətbiqinə Yeni il kampaniyası başlayıb

“Azercell Telekom” Yeni il münasibətilə abunəçiləri üçün kampaniya elan edir. Kampaniya çərçivəsində dekabrın 25-dən yanvarın 25-dək “Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan “Azercell” abunəçilərinə bu proqramdan 14 gün ərzində ödəniş və abunə haqqı olmadan istifadə imkanı verilir.

Dünyanın top 10 dilöyrənmə platformaları sırasında olan “Busuu” proqramı real vaxt rejimində xarici dilin öyrənilməsini əlçatan edir. 120 milyondan çox istifadəçisi olan ən yaxşı dil kurslarından yararlanmaq fürsətini qaçırma: öyrənmə planını seç, dilinin lüğət tərkibini zənginləşdir, nailiyyətlərini izlə.

Tətbiq barədə ətraflı məlumat üçün “https://www.azercell.com/az/personal/digital-solutions/busuu.html” səhifəsinə keçid almaq lazımdır.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq, “Azercell” şirkəti abunəçilərinə müxtəlif texnoloji həllər təqdim edir, eksklüziv və güzəştli kampaniyalar keçirir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: