Site icon Frame.az

Yeni Rolls-Royce Cullinan avtomobilinin Azərbaycanda təqdimatı keçirilib

Dünya paytaxtlarında təqdim edildikdən sonra avtomobil Bakıda da gecə tədbiri zamanı ilk dəfə ictimaiyyətə təqdim olunub.

Böyük Britaniyanın Bakıdakı səfirliyinin müavini Filip Berkley təqdimatda çıxış edərək,qeyd etdi: “BK-nın dəbdəbəli əşyalar sənayesi Böyük Britaniyada və dünyada iş yerləri yaratmağa kömək edən davamlı artan investisiya səviyyələrini həmçinin eksklüziv göstərir. Məşhur “Ruhun ekstazı”İngilislər üçün misli bərabəri olmayan bir emblemdir və biz ilk 4×4 Rolls-Royce avtomobilini Azərbaycana təqdim etməkdən məmnunluğumuzu ifadə edirik.”

“Rolls-Royce Cullinan olduqca gündəlik idarəetmədə,universaldəbdəbə və yolda rahatlıq təklif edir. Bu yeni avtomobil hər yerdə asanlıqla idarə olunur və sahibinin cəsarət edərək seçdiyi istənilən məkanda asan idarəetməni təmin edir” – deyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə korporativ əlaqələr şöbəsinin rəhbəri Frank Tiemann bildirdi.

Rolls-Royce Cullinan müştərilərin əsl yolsuzluq şəraitində dəbdəbə ilə səyahət etmək xəyalını gerçəkləşdirmək istəklərinin cavabıdır. Buna görə də, tamamilə yeni, alüminium “Dəbdəbə arxitekturası”-nda ikinci yeni Rolls-Royce olmaqla (ilki bu il təqdim olunan Rolls-Royce Phantom) Cullinan digər marka və ya modellərlə platformalar paylaşmır.

“Dizaynerlərimiz “Dəbdəbə arxitekturası”-ndan istifadə edərək öz həyat tərzində məhdudiyyətləri qəbul etməyənlər üçün sözün əsl mənasında unikal və heç bir güzəştə yol verməyən bir nəqliyyat vasitəsi yaratmışlar” – deyə, Tiemann davam etdi.

İndiyə kimi tapılmış ən böyük almazın şərəfinə adlandırılan hər yerdə idarə oluna bilən ilk geniş salonlu Rolls-Royce avtomobili hər hansı bir maneəni dəf etməyə və hər bir məntəqəyə çatmağa qadir, yolsuzluq şəraitində idarə olunan əvəzsiz bir avtomobildir. Bütün planetdə onlarla yol sınaqları göstərmişdir ki, avtomobil sərt ərazidə belə etibarlışəkildə və sürətlə idarə oluna bilir. Cullinan-ın inkişaf etmiş, tənzimlənə bilən pnevmatik asqısı istər yolsuzluq şəraitində, istərsə də asfaltda üzərindəistənilən yerdə məşhur Rolls-Royce “Sehrli xalçada uçuş”-u standartını təmin edir. Eyni zamanda SUV-seqmentində ilk həqiqi “üç qutulu” avtomobildir:daxili divarı baqaj bölməsindən ayrılaraq sərnişinlər üçün fərqli bir mühit yaradır.

Yeni 6.75-litrlik ikili turbo V12 Rolls-Royce mühərriki istənilən maneəni dəf etmək üçün lazım olan bütün yeni dörd təkərli ötürmə və tam ötürücülü sükan sistemi üçün 571ag/420kv və 850Nm/627lb ff dönmə momenti təmin edir.

Əsl Rolls-Royce avtomobili olmaqla Cullinan öz sahiblərinin müxtəlif həyat tərzləri üçün xüsusi olaraq hazırlanmış“Sifarişli syuita”özəlliyi təklif edir. Ən məşhur seçimlərdən biri – hər bir Cullinan sahibinin məşğuliyyətinə uyğun avadanlıq və ləvazimatın saxlanıldığı xüsusi mühərrikli bir siyirmə olan İstirahət kabinəsidir. Bu siyirmə, avtomobilin arxa bölməsində yerləşir və bir düyməyə toxunmaqla asanlıqla açılır. İstirahət kabinəsinin özəlliklərindən biri də Rolls-Royce Cullinan “Baxış zalıdır” – yalnız bir düyməyə basmaqla Kabinənin içində iki ədəd hərəkət istiqamətinə qarşı çevrilmiş, ən yaxşı dəridən hazırlanmış kreslolar və bir kokteyl masası ortaya çıxacaq. Baxış zalı səyahətə çıxan hər bir kəs üçün salonda ən yaxşı yerdir.

“Cullinan Sizi cümə günü axşam sürücü ilə operaya, şənbə günü aristokratik ziyafətə, həftənin sonu isə meşədəki iqamətgahınıza müqauisə olunmayan lyuks şəraitdə özünüz idarə edə biləcəyiniz bir Rolls-Royce avtomobilidir”, – deyə, “Rolls-Royce Motor Cars Baku” salonunun Brend meneceri Nurlan Pənahlı vurğuladı.

İlk müştərilər Cullinan-ı 2019-cu ilin birinci rübündə əldə edəcəklər.

#BakıdaHəryerdəAsanlıqlaidarəolunan

Frame.az

 

Exit mobile version