EventsIqtisadiyyatMədəniyyətTəqdimat

“Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək

Yerdəyişmə üzrə Tərəfdaşlıq miqrasiya və yerdəyişmə sahəsində Avropa İttıfaqı (Aİ), Aİ-yə üzv dövlətlər və üçüncü ölkələr arasında ən müfəssəl əməkdaşlıq və tərəfdaşlıq çərçivələrindən biridir. Yerdəyişmə üzrə Tərəfdaşlıq Aİ-nin Miqrasiya və Yerdəyişmə üzrə Qlobal Yanaşması çərçivəsində əsas siyasət aləti olaraq Aİ-yə və tərəfdaş ölkələrə, hər iki tərəfin vətəndaşlarına və digər əlaqədar tərəflərə real fayda verməklə qarşılıqlı maraq doğuran miqrasiya və yerdəyişmə məsələlərini ünvanlı, xüsusi ehtiyaclara uyğun və konkret şəkildə müzakirə etmək imkanı verir.

Azərbaycan Respublikası, Aİ və onun iştirakçı üzv dövlətləri ilə Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə 2013-cü ilin dekabrında imzalanmışdır. Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasının   uğuru və müsbət nailiyyətləri bütün aidiyyətı tərəflərin tam öhdəlik götürməyi və Yerdəyişmə üzrə Tərəfdaşlıq çərçivəsində maliyyələşdirilən və həyata keçirilən təşəbbüslər/layihələr vasitəsilə müəyyənləşir.

İnkişaf dinamikasını və Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsinin məqsədlərini nəzərə alaraq, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıqda 2018-ci il mayın 14-15-də Azərbaycan Respublikası, Bakı şəhərində “Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans təşkil edir. Konfrans JW Marriott Absheron Baku otelinin “Şərq” zalında (Azərbaycan Respublikası, Bakı ş., AZ1010, Azadlıq meydanı 674) keçiriləcək və mayın 14-ü saat 09:30-da başlayacaqdır.

“Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsi işini (digər müvafiq tədbirlərlə yanaşı) MOBILAZE layihəsi kontekstində nəzərdən keçirmək və miqrasiya idarəçiliyi sahəsində Azərbaycanla digər Yerdəyişmə üzrə Tərəfdaşlıq və Şərq Tərəfdaşlığı ölkələri arasında ekspert mübadiləsinə və əməkdaşlığına töhvə vermək üçün əlverişli şərait yaradacaqdır. Bir gün yarım davam edəcək konfrans Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikası və Aİ üzv dövlətlərindən hökumət təşkilatlarının,  MSİBM və digər beynəlxalq təşkilatların, bu tədbir üçün seçilmiş Yerdəyişmə üzrə Tərəfdaşlıq və Şərq Tərəfdaşlığı ölkələrindən dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və elmi dairələrin nümayəndələrini bir araya gətirəcək. Bununla da, konfrans miqrasiya və yerdəyişmə sahəsində regional əməkdaşlığı genişləndirmək imkanı yaradacaqdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!