Site icon Frame.az

Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisi üçün suvenir müsabiqəsi davam edir

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) fəaliyyətinin beş illiyi münasibətilə yerli əl işi və suvenir istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisinə dair müsabiqə davam edir.

Frame.az xəbər verir ki, müsabiqəni keçirməkdə məqsəd əl işi və suvenir hazırlığı ilə məşğul olanlara dəstək göstərmək və onları avtoidmana aid milli suvenirlər hazırlamağa təşviq etmək, həmçinin fərqlənən cəlbedici suvenirləri seçərək yarış zamanı onların satışına kömək göstərməkdir.

BŞH-nin Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən müsabiqədə 18 yaşı tamam olmuş, yerli əl işi və suvenir istehsalçısı fərdi sahibkar kimi və ya əlaqədar biznes qurumu adından iştirak edə bilər. Müsabiqədə iştirak ödənişsizdir. İştirakçılar müsabiqəyə bir və ya daha çox əl işi təqdim edə bilərlər. Müsabiqə yerli əl işi və suvenir istehsalçılarının işgüzar fəaliyyətinə təkan verəcək.

Müsabiqəyə müraciət yanvarın 31-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyənlər müraciət formasını tam doldurub imzaladıqdan sonra əl işi və suvenirin şəklini competition@bakugp.az email ünvanına göndərməlidirlər.

Təqdim olunan əl işi və suvenirlər arasından beş qalib seçiləcək. Həmin qaliblər əsərləri yarış zamanı BŞH-nin əyləncə mərkəzindəki mağazasında satışa çıxara biləcəklər. Bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

Exit mobile version