IqtisadiyyatTurizmTəqdimatƏn SonƏn Son

“Yerli qida məhsulları həftəsi” tədbirinin açılış mərasimi baş tutub

Avropa İttifaqı tərəfindən maliyələşən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icra etdiyi “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafi” layihəsi çərçivəsində “Yerli Qida Həftəsi” tədbiri keçirilib.

Bakıda təşkil olunan tədbirdə layihədən yararlanan kiçik fermer təsərrüfatlarının, sahibkarlıq müəssisələrinin istehsal etdikləri məhsullar təqdim olunub. Tədbirdə həmçinin Azərbaycanın Şimal-Qərb bölgəsinə məxsus yerli təamların təqdimatı və dequstasiyası, xörəklərin hazırlanması üzrə mütəxəssis dərsi baş tutub.

Tədbirin əsas məqsədi yerli fermer və istehsalçılara dəstək olmaq, yerli qida və məhsulların tanıdılmasını təşviq etməkdir. Tədbir zamanı layihə çərçivəsində yeni yaradılmış “Yurdumun Ləzzəti” brendinə daxil olan yerli qida məhsulları da iştirakçılara təqdim edilib. Arıçılıq məhsulları, müxtəlif çeşiddə mürəbbələr, qoz- fındıq əzmələri və qurudulmuş meyvə kimi məhsullar sərgilənib. Məhsullarla yanaşı layihə çərçivəsində hazırlanan bölgəyə məxsus “Qida reseptləri” kitabının təqdimatı da baş tutub.

Tədbirin açılış mərasimində çıxış edən FAO-nun əməkdaşı, FAO Azərbaycan Əməkdaşlıq Proqramının menegeri Vugar Mehdiyev tədbirin məqsədi, layihə çərçivəsində görülmüş işlər, tədbirin məqsədi və həmçinin yerli qida məhsulların hədəf regionun inkişafında yaradacağı tövhələr haqda vurğulayaq, tədbirdə iştirak edən hər kəsə uğurlar arzulayıb. Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin səfiri cənad Peter Mixalko tədbirdə açılış nitqi ilə çıxış etmişdir. 

Layihənin icrası müddətində 7 dəyər zənciri üzrə 23 istehsal qrupu yaradılıb ki, onların hər birində kiçik istehsalçılar cəmləşib. Qrupların istehsal istiqamətləri dəyər zənciri üzrə seçilmiş məhsullar: bal, arıçılıq məhsulları, meyvə qurudulması, mürəbbə istehsalı, bəkməz, qoz-fındıq məshulları və qurudulmuş ət məhsullarıdır. Seçilmiş dəyər zənciri iştirakçılarına öz istehsal sahələrini genişləndirmək və eyni zamanda istehsal prosesini bazarın tələblərinə uyğun qurmalarını təçin etmək məqsədilə layihə tərəfindən zəruri avadanlıq və alətlərlə təchiz edilmişlər. Layihənin digər istiqamətlərindən biri də bölgənin turizm potensialını öyrənmək və bu bölgədə aqro turizmə dəstək olmaqdır ki, Qax, Zaqatala və Balakən rayonlarının hər birində 1 aqro turizm mərkəzi müəyyən edilib, təsərrüfat rəhbərləri və işçilər kənd turizmi, satış, qonaqlama xidməti mövzusunda təlimlərə cəlb olunub. Həmçinin layihə çərçivəsində xüsusi brendin (Yurdumun ləzzəti), 100-dən çox yerli istehsal olan qida məhsullarının loqolarının hazırlanmasına dəstək olmuşdur. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!