Site icon Frame.az

Yollardakı məhdudiyyətlərlə bağlı Bakı Şəhər Halqasından yeni məlumat

Paytaxt Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. Belə ki, avqust ayının 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq. Məhdudiyyətlər 13-16 avqust tarixlərində gecə saat 23:00-dan səhər saat 06:00-dək davam edəcək. Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

 

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq” kəsişməsindən “Puşkin” kəsişməsinə qədər

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov” və “Xaqani-Azadlıq” kəsişmələri arası

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani” və “Rəşid Behbudov-Xaqani” kəsişmələri arası

 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

Exit mobile version