EventsMədəniyyətTəqdimat

“Young Lions Azerbaijan 2022″ müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək

Reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilən “Cannes Lions” hesab olunur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi ikinci dəfə ölkəmizdə təşkil olunur. Bu müsabiqədə 30 yaşadək yaradıcı şəxslər ikili komanda şəklində iştirak edirlər. Müsabiqəyə “Çap” və “Videoçarx” kateqoriyaları üzrə işlər təqdim olunur.

Müsabiqədə qeydiyyatdan keçən iştirakçılara müsabiqə təşkilatçıları tərəfindən 16 aprel tarixində təlimatlar göndərilmiş, “Çap” kateqoriyası üçün 24 saat, “Videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunmuşdur. Çap kateqoriyası üzrə mövzu “Mədəniyyət naminə sülh”, videoçarx kateqoriyası üzrə isə “İnsanların mədəniyyət müəssələrinə mütəmadi ziyarətininin təşviq edilməsi” olaraq təyin olunmuşdur. İştirakçıların işləri 7 may tarixində Nizami Kino Mərkəzində baş tutacaq tədbirdə beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda müəyyənləşdiriləcəkdir. Müsabiqənin əsas mükafatı hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın Fransanın Kann şəhərində baş tutacaq “Young Lions Competitions 2022” finalında iştirak etmək hüququ olacaqdır.

Mükafatlandırma mərasimindən əvvəl TEDx formatında yerli və xarici spikerlər çıxış edəcək.

 

Tədbirin gündəliyi:

15:30 – 16:00 | Giriş — Birinci hissəyə qeydiyyat

16:00 – 16:10 | Giriş — Orxan Kərimov – Cannes Lions təmsilçisi

16:10 – 16:30 | Günel Mavliyarovanın çıxışı

16:30 – 17:00 | Levan Lepsveridzenin çıxışı

17:00 – 17:30 | Can Fəqanın çıxışı

17:30 – 18:00 | Giorgi Avalianinin çıxışı

18:00 – 18:30 | Panel Müzakirələri

18:30 – 19:00 | Fasilə / İkinci hissəyə qeydiyyat

19:00 – 20:00 | Mükafatlandırma mərasimi

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!