“Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici aksiya keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən iş yerlərində sağlam həyat tərzinin təbliği məqsədilə “AZ FP CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici təşviqat aksiyası keçirilib.

Frame.az İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, şirkətin nümayəndəsi, İstehsalat əməliyyatları şöbəsinin direktoru İsa Əliyev, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev çıxış edərək, aksiyanın təşkilində məqsədin hər kəsi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi seçməyə çağırmaq olduğunu bildirdilər.

Narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib və bildirilib ki, tütün tüstüsünün tərkibində 7 mindən artıq zərərli kimyəvi maddə var və onun təsirinin təhlükəsizlik səviyyəsi mövcud deyil.

Təşkilatçılar bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar.

Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: