Zaqatalada “Kənd Boğçası” kənd təsərrüfatı yarmarkası keçiriləcək

19 Avqust 2022-ci il tarixində Zaqatala rayonunda Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) – Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə kənd təsərrüfatı məhsullarının yarmarkası baş tutacaq.

“Kənd Boğçası” fermer yarmarkasında qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış ola, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola bilərlər.

YarmarkadaAzərbaycan hökuməti tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının üç layihəsi (Qadınların iqtisadi səlahiyyətlərinin artırılması, Gənclərin aqrar məşğulluğunun artırılması, Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması) və Avropa İttifaqının maliyyə dəstəyi və FAO-nun təşkilatçılığı ilə həyata keçirilən bir layihəsi (Azərbaycanın şimal-qərb regionunda davamlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı) iştirak edir.

Fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarını təqdim edərək potensial alıcıvə istehlakçıları həmin məhsullara cəlb etməkdir.Yarmarkanın təşkili bölgəyə məxsus məhsullarınvə adət-ənənələrinin təbliğinə töhfə verərək, regionun dayanıqlı inkişafına təkan verəcək. Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.

Heç kəsi kənarda qoymadan daha yaxşı istehsal, daha yaxşı qidalanma və daha yaxşı həyat üçün inklüziv və dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması ümumi məqsədlərimizdən biridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: