C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyaların keçirilməsini davam etdirir.
Frame.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı və təşəbbüsü ilə növbəti tibbi aksiya keçirilib.
Tədbir zamanı Balakən, Qax, Zaqatala rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 100-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onların EKQ, ExoKQ və USM müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.