Site icon Frame.az

Avropa brendləri Zəfər günü üçün Azərbaycanın qələbəsini necə dəstəklədilər?

Azərbaycanda Qələbə Günü bütün dünya üçün əhəmiyyətli hadisəyə çevrildi. Bu, bir xalqın öz ölkəsinə olan məhəbbət, azadlıq və ədalət naminə birləşməsinin bariz nümunəsi idi.

Qələbəmizin simvolunun xarı-bülbül kimi zərif gülün seçilməsi əbəs deyildi: bu gözəl bitki yalnız öz Vətənində – Qarabağda çiçəkləyir. Məhz o, Avropanın lüks brendlərini eksklüziv hədiyyələrin yaradılmasına ilhamlandırdı.

Elit çini istehsalçısı olan məşhur Herend evi düz 4 hədiyyə təqdim etdi.

İlk növbədə, bu, 36 sm diametrlik dekorativ boşqabdır. Boşqabın üzərində macar ustaları azad edilməsi Azərbaycanın qələbəsinin triumfal akkordu olan Şuşa qala divarlarını təsvir etmişlər. Boşqab cəmi bir nüsxədə yaradılmışdır və hər bir evin bəzəyi, təntənəli ədalətin tarixini özündə saxlayan, nəsildən-nəsilə ötürülən xoş hədiyyə olacaqdır.

Macar Evinin növbəti hədiyyəsi olduqca zərif çinidən hazırlanmış ağ və fil sümüyü rəngli güldanların tandemidir. Onlar da, həmçinin əl ilə rənglənib və qablardan biri 24 karatlıq qızılla çəkilmiş naxışlarla bəzədilib. Güldanların hündürlüyü 63 sm-dir ki, bu da onları evin bəzəyinə çevriləcək interyerin müstəqil parçası edir.

Və nəhayət, istənilən çay dəsgahını bəzəyəcək 22 əşyadan (çaydan, qənddan, süd qabı, tort qabı, həmçinin 6 fincan, nəlkbəki və desert boşqabları) ibarət gözəl Herend çay dəsti. Əl işi, incə bənövşəyi rəng və hər bir əşyanın üzərində qələbəmizin rəmzi olan xarı-bülbülün təsviri bu çay dəstini əsl sənət əsəri edir.

Bunlar, həqiqətən də, krallara layiq hədiyyələrdir, axı Herend həvəskarlarının arasında dünyanın monarx ailələrinin üzvləri də var:  Avstria imperatriçası Bavariyalı Yelizaveta, Rusiya imperatorları ll Alelksandr və ll Nikolay, Alman imperatoru l Vilhelm, İngiltərə kralı Vll Eduard və hətta Macar fabrikinin iki əsrdən çox tarixi olan xüsusi dekor həsr etdiyi, Böyük Britaniyanın kraliçası Viktoriya.

Növbəti hədiyyə Çexiyanın Moser manufakturasında hazırlanan büllur armudu stəkanlar olacaq. Bu heyrətamiz brend artıq iki əsrdir ki, ən incə büllur məhsullarının istehsalı ilə “Kralların bülluru, büllurların kralı” adını şərəflə daşıyır. Moser büllurunun əsas xüsusiyyəti istehsal zamanı qurğuşundan istifadə olnmamasıdır. Bu, əşyaları nəinki gözəl, hətta sağlamlıq üçün də tam təhlükəsiz edir. Azərbaycanın Qələbə Günü münasibətilə Karlovı Varı şəhərindəki manufakturada Moser ustaları 24 karatlıq qızıldan çəkilmiş xarı-bülbül naxışı ilə bəzədilmiş, 2 və 6 armudu və nəlkbəkilərdən ibarət dəstlər hazırlayıblar.

Və nəhayət, köhnə ənələrə sadiq olaraq, çayıfincan tutucusu və stəkandan içməyi sevənlər üçün Almaniyanın gümüş manufakturası olan Robbe & Berking xarı-bülbül işləməli  incə aksessuar hazırlayıb. Robbe & Berking gümüş əşyaları Kreml və Ağ evdə ziyafətlər zamanı masaları bəzəyir. Onları bütün məşhur mişlen restoranlarında və dünyanın 200 özəl yaxtasının yarısında istifadə edirlər. Elit manufakturada Azərbaycan simvolu ilə bəzədilmiş fincan tutucusunun hazırlanması – Qələbəmizə olan səmimi hörmət rəmzidir.

Avropanın lüks brendlərindən olan bu hədiyyələri 28 May küçəsi 5C ünvanında yerləşən Ambiance butikində əldə edə bilərsiniz. Bundan başqa noyabrın 6-a qədər onlara JW Marriott Absheron Baku otelində The Tea Lounge-da tamaşa edə bilərsiniz. Burada Siz eyni zamanda patisye şef Serkan Koçun xüsusi olaraq Qələbə gününə hazırladığı desertlərin də dadına baxa bilərsiniz.

Qələbə Gününüz mübarək!

Exit mobile version