Zeytun yağının faydaları
Zeytun yağının faydalarını saymaqla bitməz.
Zeytun yağı, hüceyrə yenilənməsini sürətləndirir. Quru dərini canlandırır, dərini yumşaldır. Dəridə yenicə yaranan qırışları aradan qaldırır. Zeytun yağı yorğun ayaqları sakitləşdirir və canlandırır. Çatlaq və quru ayaqları müalicə edir.
Bədəni zeytun yağı ilə masaj etdikdə qan dövranını sürətləndirir. Yumşaldıcı və rahatlaşdırıcı təsiri sayəsində dərini və saçları təmizləyərkən yumşaldır, nəmləndirir. Saçlarınızı yumazdan əvvəl zeytun yağını saçlarınızın ucuna çəkin və 10-15 dəqiqədən sonra yuyun. Zeytun yağı təraş edilən bölgələri yumşaldır və rahatlatladır. Dodaqlarda yaranan quruma və çatlarda istifadə olunur. Ağcaqanadlar zeytun yağı sürtülmüş dəriyə yaxın gəlmir. Bundan əlavə, zeytun yağını yeməklərdə istifadə etmək çox faydalıdır.
Sami Ra