CinemaEventsTəqdimatƏyləncə

“Zona” filminin xüsusi nümayişi keçirilib

Nizami Kino Mərkəzində “Cinemazadeh” studiyasının bənzərsiz, hətta qəribə bir ideyalı “Zona” filminin xüsusi nümayişi keçirilib.

Tədbirdə aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.

Komediya janrında olan “Zona” filmdəki hadisələr, situasiyalar uydurmadır.

“Zona” filminin baş prodüseri və ideya müəllifi Cəfər Axundzadə, prodüseri, Nərgiz Hüseynova, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissoru Vüsal Hacıqədir, quruluşçu operatoru Orxan Məmmədov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Ruhin Məmmədzadə, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadə, Post-prodakşn və montaj rejissoru Vüqar İslamzadə, musiqi redaktoru Aytən Axundzadə, icraçı prodüsserləri İsmayıl Bağırov və Emin Davudzadə.

Filmin aktyor heyəti Məcid Hüseynov, Tural Əsədov, Aqil M. Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nöfəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvaladqızı, Xalq Artist Əbdül Mahmudov və digər məşhur simalardan ibarətdir.

Filmin baş qəhrəmanı sadəlöhvlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil.

Tədbirin təşkil edilməsində “CinemaPlus” kinoteatrlar şəbəkəsi,  Portal Games, “ArtEast Group” reklam agentliyi və “Hillside” premium çaxırlar dəstək göstəriblər.

Media dəstək Azad Azərbaycan Telaradio Yayım şirkəti, 106 FM və 106.3 FM-ə aiddir.

https://youtu.be/LP-P7BvtFkA

https://www.youtube.com/watch?v=m2gVDoJpMII

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!