Site icon Frame.az

9 klassik kişi ayaqqabısı

Bugünki mövzumuz klassik kişi ayaqqabıları barəsindədir. Sizə ofisə və kostyumla geyinə biləcəyiniz ayaqqabıları təqdim edirik.

Oksford – Bu klassik ayaqqabılar, iş həyanında 1 nömrəli, əsas, ciddi və daha çox geyilən ayaqqabılar sayılır.

Broqi – Ofis üçün bu ayaqqabıların dəri olanını seçə bilərsiniz. Bu tip ayaqqabılar oksford tipində olanlara bənzəyir; bağlı və iplə.

Derbi – Bu ayaqqabılar da bir növ Oksfordları xatırladır. İplərin açıq olması sizin rahatlığınızı təmin edəcək.

Lofer – İpləri olmadığına görə o qədər də formal sayılmır. Lakin, dizaynı sayəsində iş həyatında rahatlıqla geyinilə bilər.

Qotazlı lofer – Amerikan stilinin simvolu sayılır. Dama- dama və ya bleyzer tipdə olan kostyumlarla geyilir.

Çukka – Bu tip ayaqqabılar velvetdən olan kostyumlarla geyinilməlidir.

İkili Monk – 2 kəməri olduğuna görə az formal sayılır. Bu ayaqqabıları cinslərlə geyinmək lazımdır.

Çelsi – Bu botlar nəinki Britaniyalıların sevimli ayaqqabıları, həmçinin ən rahat ofis ayaqqabıları sayılır.

Monklar – Deyilənə görə bu ayaqqabıları Alpda yaşayan rahiblər geyinib. İpli ayaqqabıları geyinməyi sevməyənlər bu tip ayaqqabılara üstünlük versinlər.

Exit mobile version