9 klassik kişi ayaqqabısı
Bugünki mövzumuz klassik kişi ayaqqabıları barəsindədir. Sizə ofisə və kostyumla geyinə biləcəyiniz ayaqqabıları təqdim edirik.
Oksford – Bu klassik ayaqqabılar, iş həyanında 1 nömrəli, əsas, ciddi və daha çox geyilən ayaqqabılar sayılır.
Broqi – Ofis üçün bu ayaqqabıların dəri olanını seçə bilərsiniz. Bu tip ayaqqabılar oksford tipində olanlara bənzəyir; bağlı və iplə.
Derbi – Bu ayaqqabılar da bir növ Oksfordları xatırladır. İplərin açıq olması sizin rahatlığınızı təmin edəcək.
Lofer – İpləri olmadığına görə o qədər də formal sayılmır. Lakin, dizaynı sayəsində iş həyatında rahatlıqla geyinilə bilər.
Qotazlı lofer – Amerikan stilinin simvolu sayılır. Dama- dama və ya bleyzer tipdə olan kostyumlarla geyilir.
Çukka – Bu tip ayaqqabılar velvetdən olan kostyumlarla geyinilməlidir.
İkili Monk – 2 kəməri olduğuna görə az formal sayılır. Bu ayaqqabıları cinslərlə geyinmək lazımdır.
Çelsi – Bu botlar nəinki Britaniyalıların sevimli ayaqqabıları, həmçinin ən rahat ofis ayaqqabıları sayılır.
Monklar – Deyilənə görə bu ayaqqabıları Alpda yaşayan rahiblər geyinib. İpli ayaqqabıları geyinməyi sevməyənlər bu tip ayaqqabılara üstünlük versinlər.