Bakıda “Qış nağılı” adlı uşaq modası nümayişi keçirildi
Ötən il Dekabrın 28-də Badamdar otelində “Qış nağılı” adlı qeyri-adi uşaq modası (“Kids Fashion Show”) nümayişi keçirilib. Tədbir “Star Kids Group” şirkəti tərəfindən təşkil edilib.
Podiumda model rolunda 4-14 yaşlarında 70-dən çox uşaq çıxış edib. Gənc modellər Azərbaycan modelyerlərinin hazırladıqları çoxsaylı geyimləri, gözəl səhnə mədəniyyəti və rəqs məharəti nümayiş etdiriblər.
Nümayişdən sonra Şaxta babanın, Qar qızın, kloun, animator və sehrbazların iştirakı ilə karnaval təşkil edilib. Şou iştirakçıları fəxri diplom və hədiyyələrlə mükafatlandırılıb. Frame.az