Site icon Frame.az

Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları Koreya Respublikasının səfiri ilə

01.12.2016 – cı il tarixində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq-gyu və xanımı ilə, Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının görüşü olub.

Cənab səfir qonaqları öz iqamətgahında qəbul edib. Tahir Əmiraslanovun və mərkəzin kollektivinin şərəfinə şam yeməyi verilib.

Cənab səfir və Tahir Əmiraslanov Azərbaycan və Koreya mətbəxlərinin oxşar və fərqli cəhətləri ilə bağlı fikir mübadiləsi ediblər.

Şam yeməyindən sonra xatirə şəkli çəkilib. Tahir Əmiraslanov səfirliyin xatirə kitabına öz qeydlərini edib.

Frame.az

Exit mobile version