Dodaq quruması ümumiyyətlə ən sıx yaşanılan problemlərdən biridir. Dodaq quruduqdan sonra dodaq çatlayır. Bu da dodaqda qanamalara səbəb olur və narahatlıq verir, göynəyir.
Dodaq qurumasının bir çox səbəbləri var:
Az su içmək dodaqlarda qurumaya gətirib çıxarır. Gün ərzində 1.5 – 2 litr su içsəniz nəinki dodaqlarınız hətta üzünüz belə öz təravətini və nəmliyini qoruyub saxlayacaq.
Stress də dodaqların qurumasına səbəb olur.
Dodaqlarınız tez-tez yara olursa bu bədəninizdə B vitaminin çatışmazlığının göstəricisidir. B vitamini əskikliyi dodaq çatlamasına və qurumasına səbəb olar.
Küləkli havalarda dodaqlarınızı tez- tez yalasanız bu dodaqlarınızın qurumasına səbəb olacaq.
Dodaqlarınız çox çatlayırsa dodaq qurumasının qarşısını alan krem və maskalardan istifadə etməyiniz məsləhətdir.