Məsləhət

Dodaq qurumasının səbəbləri

Dodaq quruması ümumiyyətlə ən sıx yaşanılan problemlərdən biridir.  Dodaq quruduqdan sonra dodaq çatlayır. Bu da dodaqda qanamalara  səbəb olur və narahatlıq verir, göynəyir.

Dodaq qurumasının bir çox səbəbləri var:

Az su içmək dodaqlarda qurumaya gətirib çıxarır. Gün ərzində 1.5 – 2 litr su içsəniz nəinki dodaqlarınız hətta üzünüz belə öz təravətini və nəmliyini qoruyub saxlayacaq.

Stress də dodaqların qurumasına səbəb olur.

Dodaqlarınız tez-tez yara olursa bu bədəninizdə B vitaminin çatışmazlığının göstəricisidir. B vitamini əskikliyi dodaq çatlamasına və qurumasına səbəb olar.

Küləkli havalarda dodaqlarınızı tez- tez yalasanız bu dodaqlarınızın  qurumasına səbəb olacaq.
Dodaqlarınız çox çatlayırsa dodaq qurumasının qarşısını alan krem və maskalardan istifadə etməyiniz məsləhətdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!