Site icon Frame.az

“Green Gazan”-dan kreativ və yeməli müsabiqə

Bildiyimiz kimi hər il 9 noyabr tarixində Azərbaycanda bayraq günü qeyd olunur.

Bu əlamətdar gün münasibəti ilə Azərbaycanda bir ilk olaraq “Green Gazan” ən kreativ və yeməli bayraq foto müsabiqəsi təşkil etdi.

Qeyd edək ki, digər ölkələrdə belə müsabiqələr artıq çoxdan keçirilir. Bu ölkəni təcəssüm edən yeməklərdən ibarət bayraq yaratmaq üçün bənzərsiz konsepsiyadır.

Bu həmçinin xaricilərin həm bizim bayrağımızı, həm də milli yeməklərimizi assosiativ şəkildə yadda saxlamaları üçün əla ideyadır.

Müsabiqə 10 gün ərzində davam etdi.  Ən çox səs (like) yığmış Sevinc Hüseynova 1-ci, Abbas Nəcəfov 2-ci və İrina Babayeva 3-cü yerə layiq görüldülər. Bundan əlavə müsabiqənin bütün şərtlərini yerinə yetirmiş və kreativ bayraqlar hazırlamış Faiq Musa-da münsiflərin xüsusi hədiyyəsini qazandı. Qaliblər bayraq günündə təyin olundu və “Green Gazan” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırıldı.

Bu gözəl və fərqli ideya üçün “Green Gazan” kollektivinə təşəkkür edir, sizlərə müsabiqədə iştirak edən 32 kreativ bayrağı təqdim edirik!

Green Gazan Frame.az

Sevinc Hüseynova 1-ci yer

Abbas Nəcəfov 2-ci yer İrina Babayeva 3-cü yerFaiq MusaVə digər iştirakçılar

Exit mobile version