Site icon Frame.az

Quymağın hazırlanması

Chickpea Flour in a bowl

Tərkibi

Un – 150 qr

Ərinmiş yağ – 150 qr

Su – 1,5 l

Şəkər

Darçın

Hazırlanması

Ərinmiş yağa un əlavə edilir və un yağda açıq qəhvəyi rəng alınca qovrulur və təxminən 15 dəqiqəyə hazır olur.

Unu qovurarkan, suyu qaynadın. Arası kəsilmədən qarışdırmaqla üç dəfəyə bir litr qaynar suyu qovrulmuş una əlavə etmək lazımdır. Sonra qarışdırılır. Kütlənin arasına biraz su tökün vam dərəcədə 1 saat dəmlənməyə qoyun.

Süfrəyə verilərkən üzərinə şəkər və darçın səpilir. Nuş olsun!

Exit mobile version