Frame.az xəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva öz doğum gününü ADDIM Gənclər Təşkilatının 3 illik ildönümü ilə birlikdə qeyd ediib.
Gecə “Səs Azərbaycan” layihəsinin iştirakçıları Tofiq Hacıyev, Ləman Dadaşova, Ruslan Alışanın ifaları altında başlayıb. Daha sonra təşkilatın rəhbəri çıxış edərək Tünzaləni doğum günü münasibəti ilə, ADDIM üzvlərini isə təşkilatın ildönümü münasibəti təbrik edib.
Bir qədər sonra sonra böyük ajiotajla əməkdar artist səhnəyə gəlib. Müğənni qrupu ilə illər ərzində sevilən hitlərini canlı ifa edib. Gənclərin fəallığından konsert zamanı böyük izdiham yaşanıb. Tünzalənin mini-konsert proqramının sonunda dinləyicilər “Bir daha” səsləyərək müğənnini yenidən səhnəyə qaytarıblar.
Tünzalə yenidən gənclər üçün ifa edib və onlardan ayrılmağın çox çətin olduğunu vurğulayıb. Gecənin sonunda doğum günü tortu təntənə ilə kəsilib sevənlərə təqdim olunub.