EventsMusiqiTəqdimat

Tünzalə Ağayeva özəl gününü sevənləri ilə birlikdə qeyd etdi – FOTO-lar

Frame.az xəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva öz doğum gününü ADDIM Gənclər Təşkilatının 3 illik ildönümü ilə birlikdə qeyd ediib.

Gecə “Səs Azərbaycan” layihəsinin iştirakçıları Tofiq Hacıyev, Ləman Dadaşova, Ruslan Alışanın ifaları altında başlayıb. Daha sonra təşkilatın rəhbəri çıxış edərək Tünzaləni doğum günü münasibəti ilə, ADDIM üzvlərini isə təşkilatın ildönümü münasibəti təbrik edib.

Bir qədər sonra sonra böyük ajiotajla əməkdar artist səhnəyə gəlib. Müğənni qrupu ilə illər ərzində sevilən hitlərini canlı ifa edib. Gənclərin fəallığından konsert zamanı böyük izdiham yaşanıb. Tünzalənin mini-konsert proqramının sonunda dinləyicilər “Bir daha” səsləyərək müğənnini yenidən səhnəyə qaytarıblar.

Tünzalə yenidən gənclər üçün ifa edib və onlardan ayrılmağın çox çətin olduğunu vurğulayıb. Gecənin sonunda doğum günü tortu təntənə ilə kəsilib sevənlərə təqdim olunub.

14657430_673174542841852_8319312706510741925_n 14642420_673176649508308_2438463665724579733_n 14732376_673176672841639_5184621562485567886_n 14717169_673177399508233_1393630884152109001_n 14691090_673177569508216_6907894705232614870_n 14590468_673177709508202_6882108343803400519_n 14650113_673178199508153_551688992906653041_n 14731329_673178242841482_2539175852385290621_n 14717169_673178302841476_5793802915631685202_n 14702425_673178396174800_440213799143374864_n 14657329_673178502841456_154479825987874161_n 14606412_673178146174825_949610236830470393_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!