EventsMədəniyyətQalereyaSərgiTəqdimat

Muzey Mərkəzində “Reinkarnasiya-5” layihəsi çərçivəsində “Zamanla üz-üzə” adlı sərgi təşkil edilib

Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı, Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə baş tutan sərginin açılışında Qobustan qayaüstü təsvirlərinə aid 60-dək orijinal iş nümayiş olunub. Açılışda Mədəniyyət Naziri cənab Əbülfəz Qarayev, qoruğun direktoru Vüqar İsayev, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərinin də bu mövzuya marağını artırmaqdır. Sərgidə rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstallasiya formatında olan sənət əsərləri yer alıb.
Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi iki gün müddətində – martın 13-ü və 14-ü saat 10:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!