Təqdimat

AİRA-nın təşkilatçılığı ilə Bakıda beynəlxalq konfrans keçirilib

Bu gün Bakıda Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) və “Mercer Türkiyə”nin əməkdaşlığı ilə “İstedadların İdarə Ediləsi və Mükafatlandırma Sistemi” Konfransı keçirililib.

Frame.az xəbər verir ki, konfransın əhəmiyyəti ilə bağlı jurnalistlərə müsahibə verən AİRA-nın həmtəsisçisi Mahir Qarayev bildirib ki, bu gün keçirilən tədbirdə insan resursları sahəsində qlobal miqyasdakı çətinliklər və imkanlar müzakirə edililib.

M.Qarayev  qeyd edib ki, bizim əsas məqsədlərimizdən biri milli standartlarımızın yaradılmasıdır. Çünki digər xarici standartların ölkəmizdə tətbiqi zamanı müəyyən məsələlərdə uyğunsuzluq olur. Milli standartların tətbiqində isə ölkəmizin milli, mədəni, coğrafı  xüsusiyyətləri nəzərə alınır.  Hazırda ölkəmizdə insan kapıtalına böyük önəm verilir. Neft kapitalından insan kapitalına doğru irəliləyişlər görürük.

Qeyd edək ki,  bu gün “Mercer Türkiyə” və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) əməkdaşlığı ilə təşkil edilən “İstedadların İdarə Edilməsi və Mükafatlandırma Sistemi” Konfransı keçirilib.

“Mercer Türkiyə”nin baş direktoru Dinçer Güley və karyera şöbəsinin rəhbər şəxsləri ilə yanaşı, “Mercer Qlobal”ın (Polşa, Yaxın Şərq və Türkiyə) vəzifəli şəxslərinin və AİRA-nın ev sahibliyi ilə keçirilən tədbirdə Azərbaycan bazarında fəaliyyət göstərən müxtəlif sektorlardakı özəl və dövlət şirkətlərinin yüksək vəzifəli şəxsləri, insan resursları idarəçiləri və nazirliklərin nümayəndələri iştirak edib.

Tədbirdə “Mercer”in dünyada və Türkiyədə insan kapitalı sahəsində göstərdiyi xidmətlərlə yanaşı, 2019-cu il Qlobal İstedad Trendləri Araşdırmasının nəticələrindən, gələcəyin iş həyatından (Future of Work), “Mercer”in istedad və mükafatlandırma sistemlərinə, maaş idarəetməsinə yanaşmalarından və araşdırmalarından bəhs edildi.

Daha sonra AİRA-nın rəhbər şəxslərindən Nərgiz Seyidzadə çıxış edərək tədbirin əhəmiyyətini və insan resruları sahəsində qatacaq dəyərlərini vurğulayaraq insan kapitalına edilən yatırımların ən vacib investisiya olduğunu bildirib.

“Mercer Türkiyə” bu tədbirlə birlikdə AIRA ilə strateji əməkdaşlığa gedərək Azərbaycan bazarının ehtiyac duyduğu insan resurslarıyla bağlı məsələlərin həlli istiqamətindəki niyyətini açıqladı.

“Mercer Türkiyə” və AİRA memorandum imzalanıb və Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət sektorunun insan resursları sahəsindəki ehtiyaclarıyla bağlı qarşıdakı dövrdə yeni layihələr həyata keçirmək istiqamətində əməkdaşlıq edərək ortaq dəyərlər yaratmaq üçün səy göstərilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!