AQTİ və ABAD birgə layihəyə start verdi
“ABAD” publik hüquqi şəxs Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə birgə maarifləndirci layihəyə start verib.
Layihə çərçivəsində AQTİ mütəxəssisləri istehlakçıları maraqlandıran müxtəlif mövzularla qarşınızda olacaq. Birgə layihə çərçivəsində ABAD-ın dəstək verdiyi qida sahəsində fəaliyyət göstərən abadçılar öz fikirlərini izləyicilərlə bölüşəcək.
Layihənin keçirilməsində məqsəd əhalini qida təhlükəsizliyi ilə bağlı məlumatlandırmaq, eləcə də sağlam qidalanma ilə əlaqədar maarifləndirməkdir.
Layihə çərçivəsində hazırlanmış ilk videoçarxda arıçıları və istehlakçıları maraqlandıran aktual suallardan biri olan “Təbii balı saxta baldan necə fərqləndirmək olar?” mövzusuna aydınlıq gətirilib.