Avropa Liqasının final oyunu zamanı bileti olan azarkeşlər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar 20 min azarkeşin hava yolu ilə ölkəmizə gələcəyi gözlənilir.
Frame.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun hesabat konfransında deyib.
AFFA-nın baş katibi qeyd edib ki, bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.