Covid-19SağlamlıqTəqdimat

Qərbi Benqalda koronavirusun yeni təhlükəli ştammı aşkarlanıb

Hindistanın Qərbi Benqal əyalətində həkimlər koronavirusun əvvəllər məlum olmayan yeni ştammını müəyyən ediblər. Onun genomunda İngiltərə və Cənubi Afrikada aşkarlanmış SARS-CoV-2 versiyaları üçün xarakterik olan bir neçə əsas mutasiyalar mövcuddur.

TASS informasiya agentliyinə istinadla xəbər veririk ki, alimlər öz tədqiqatları barədə “medRxiv” portalında məlumat dərc ediblər.

Alimlər son yarım ildə eyni vaxt ərzində koronavirusun bir neçə yeni ştamlarını aşkarlayıblar ki, bu da artan yoluxma nəticəsində SARS-CoV-2-in bundan əvvəlki növlərini çıxarmağa başlayıb. Onların sırasına Britaniya, Braziliya və Cənubi Amerika virusu adlanan növlər daxildir.

Daha bir oxşar ştamm (B.1.617.1) ötən il noyabr ayının sonunda Hindistan ərazisində peyda olub. Bu ştamm koronavirusun digər növlərindən E484Q və L452R-in iki əsas mutasiyası ilə fərqlənir. Ehtimal olunur ki, onlar B.1.617.1 ştammının yoluxma qabiliyyətini artırır və anticisimlərə qarşı müqavimətini təmin edir.

Kəlkütdəki Bağırsaq Xəstəliklərinin Tədqiqatı İnstitutunda çalışan Mamta Çavla-Sarkarın rəhbərliyi altında həkimlər bu yaxınlarda Hindistanın qərb regionlarında koronavirusun daha bir potensial təhlükəli növünü aşkarlayıblar.

Alimlər bu ilin birinci rübündə Hindistanın müxtəlif regionlarında yeni koronavirus növünə yoluxmuş 2 mindən çox sakinin bəlğəm və digər bioloji mayelərinin nümunələrini analiz ediblər. Qərbi Benqal vilayətindən götürülən nümunələrin təqribən 16 faizində koronavirusun bundan əvvəl məlum olmayan GRL versiyaları aşkarlanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!