Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 10 may – 8 iyun Tovuzda, 27 may – 25 iyun Şirvan, Xırdalan, Füzulidə, 29 may – 27 iyun Xudat, Yardımlı, Göyçay, Astarada, 7 iyun – 6 iyul Goranboy və Qaxdavətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İB tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
– Notariat fəaliyyəti;
– Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
– Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
– Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
– Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
– Əmək pensiyalarının təyin edilməsi;
– Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
– Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
– “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlər
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Frame.az