EventsMüsabiqələrQalereyaSərgiTəqdimat

“ŞƏHİD ŞƏHƏR” Respublika Uşaq Rəsm müsabiqəsinə start verilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı iləAzərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq  məqsədi ilə ŞƏHİD ŞƏHƏR” Respublika Uşaq Rəsm müsabiqəsi elan olunur.

17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-ci il fevral ayının 8-dək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə  051 310 74 01 göndərməlidir.

Münsiflər heyəti tərəfindən  öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və  yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını arzu edirik.

Müsabiqə iki turdan ibarət olacaqdır.

I turdan keçmiş əsərlər Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə nümayiş olunacaqdır.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Sərgi  Xətai Sənət Mərkəzində  keçiriləcək  eyni zamanda  virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!