Yeni iri ölçülü BMW X7 modelinin payızda təqdimatı gözlənilir
Epik dueldə alman üçlüyü (BMW, Mercedes və Audi) güc olaraq demək olarki eynilik təşkil edir. Təbiiki bura kommersiya furqonu, yük daşıma üçün istehsal olunan modellər daxil deyil. Q7, X5, ML modellərindən sonra Mercedes daha qabaritli GL modelini irəli sürdü. Üçlükdən olan digərləri nədənsə model sırasını tam əksinə kiçiltməyə doğru getdilər (X1, X2, X3, Q5,Q3 və s.). GL duelindən qaçdılar. Təbii ki bura Mersedes Gelenvagen modelini hesab etməyək. Çünki o həm sinifsiz, həm də özünə məxsus sinfində bir zamanlar duelə rəqibi olmayan bir model olmuş və hal hazırda bunu qorumaqdadı desək yanılmarıq. Və nəhayət BMW GL manapoliyasını ələ almağa qərar verdi. Bir qədər gecikmiş qərar olsada, düşünsək X1-X2-X3-X4-X5-X6-dan sonra ancaq X7 ola bilər. Maraqlı addımdır.
X7 modelinin istehsalı üçün BMW konserni zavodun yenidənqurması üçün milyard dollara yaxın sərmayə qoydu, nəticə etibarı ilə əgər yeni sinifə uyğun model istehsal olunacaqsa bu məcburidir. X7 modeli üçün Rols Roys platformasından istifadə olunacaqdır, artıq burdan modelin hansı anlama gələciyini bildirmək istəyirlər.
Bu qərarla BMW şirkəti sentyabr ayında Frankfurtda baş tutacaq avtosərgidə yeni, böyük ölçülü X7 modelinin təqdimatına hazırlaşır. Düzdü, sentyabrda ayında yalnız konsept modeli təqdim edəcəklər, modelin istehsalı isə 2018-ci ilin sonu, 2019-cu ilin əvvəllərinə planlaşdırılır. İstehsalı Amerikada yerləşən Spartaneberq zavodunda olunacaq. Bu günə qədər istehsal olunan BMW-nin tarixində ilk 7 oturacaqlı, iri modeli olacaq. Və avtomatik olaraq şirkətin satış menecerləri düşünürlərki bu model Çin və Yaxın şərq bazarlarında satışda daha çox uğur əldə edəcəkdir. Modelin ölçülərini nəzərə alsaq, komfortun, idarəetmənin daha rahat olacağına şübhə etmirik. Necəki son model 7 seriyasında bunu gördük. Yeni sistem olaraq modelə “yarımpilot” funksiyası əlavə olacaqki, bu da avtonun sadəcə əllərinizi sükana qoymaqnan idarə etməni hiss edəcəksiniz.
Muhərrik haqqında isə dəqiq olaraq bir məlumat verilmir. Ancaq ölçüləri nəzərə alsaq, artıq bazada 660 at gücündə X7M üçün V12 biturbo, standard X7 üçün isə 450 at gücündə turbo mühərrik var, yeni mühərrik üzərində çalışmaq qənaət və zaman baxımından ehtiyyac duyulmur.
Bu arada BMW azarkeşlərini, həvəskarlarını yeni X5 və ya 7 seriyasını almaq istəyənlər biraz da səbr edib BMW tarixinin ən böyük ölçülü modelini əldə edə bilərlər.
Bizə də gözləmək qalır… Səbr hər bir anın açarıdır.
Frame.az Orkhan Alifsoy Autorisk Azerbaijan