EventsTəqdimat

“Əlliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” ictimai birliyinin xeyriyyə tədbiri baş tutdu.

Dekabrın 1-də Niagara restoranında “Əlliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” ictimai birliyinin xeyriyyə tədbiri keçirildi.

Təşkilatın sədri Paraolimpiyaçı, taekvando üzrə 3 qat Dünya və Avropa çempionu, idman ustası Aynur xanım Məmmədova tədbiri Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan etdi.

Tədbir boyu bir sıra musiqili qonaqlar, idmançılar və media nümayəndələrinin çıxışları oldu.

Qeyd edək ki, “Fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiyası” ictimai birliyi 29.06.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. İctimai birliyin əsas məqsədi əlilliyi olan uşaqları, yeniyetmə və gəncləri cəmiyyətimizə üzv edib idman sahəsinə yönəltmək, onların sağlam cəmiyyətə inteqrasiya etməsinə və beynəlxalq yarışlarda uğur əldə edərək bayrağımızı yüksəklərə qaldırmasına nail olmaqdır.

Tədbir məhz 3 dekabr “Beynəlxalq əlilliyi olan şəxslər” günü və ictimai birliyin təqdim olunması məqsədi ilə keçirildi. Biz Frame.az olaraq ictimai birliyin sədri Aynur xanıma daima müvəffəqiyyətlər arzu edirik. 15267718_1259132404146274_5876393746241050286_n 15232121_1259132214146293_5945131598460973494_n 15230725_1259132234146291_1883790894959719894_n 15192600_1259132364146278_6886749391103897625_n 15320368_214232292356185_1225012907_n 15300553_214232282356186_54256506_n 15328132_214232275689520_324136816_n 15300640_214232265689521_434555191_n 15300711_214232252356189_782696203_n 15310533_214232215689526_1803705842_n-1 15310714_214232232356191_672413107_n 15320425_214232135689534_1711922134_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!