EventsQalereyaŞəkillərTəqdimat

Əsgər Məmmədovun “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi açılıb-FOTO-lar

Martın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Moskvada yaşayan həmyerlimiz, Rusiya Federasiyasının Əməkdar rəssamı Əsgər Məmmədovun “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisinin açılışı baş tutub.

Qeyd edək ki, Əsgər Məmmədovun yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Onun boyakarlıq sənətində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlənmiş rəsmlər var. Müasir dünyanın aparıcı rəssamlıq məktəblərindən biri olan Rusiya akademik rəsm məktəbinin yetirməsidir. Azərbaycan folklorunun, çoxəsrilik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda hiss olunur. Rəssamın bir çox əsərləri oeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasıdan yaranıb. Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da var. O poyeziyanın və musiqinin vurğunudur. Rəssamlıq sənətinin portret, mənzərə və natürmort janrlarına yeniliklər gətirməyə səy göstərən Əsgər Məmmədovun ustalığı əsərlərində aşkar şəkildə görünür.
Rəssamın yaradıcılıq tematikası mövzü genişliyi və əhatəsi, lirik-fəlsəfi duyumu, həyatın sərt və amansız gerçəkliklərinin realist təsvirindən poetik romantikaya qədər rəngarəngdir. Daim axan, dəyişən zaman içərisində ədəbi və dəyişməz dəyərləri görə bilmək, rənglərin dili ilə onları tamaşaçıya çatdırmaq əsl sənətkarlıq tələb edir. Əsgər Məmmədovun rəsmlərində Rusiya ilə Azərbaycan arasında dostluğun tərənnümü xüsusi yer tutur. Azərbaycan və Rusiya sənətkar ürəyinin sanki qoşa qanadlarıdır.Tamaşaçılara Azərbaycanın həqiqətlərini bədii yolla çatdıran rəssamın yaradıcılığında Azərbaycan təsvirləri.Qarabağ mövzusu xüsusi yer tutur. Bu rəsmlər Azərbaycan milli mədəniyyətinin Rusiyada təbliği olmaqla yanaşı həm də iki böyük mədəniyyət arasında körpü salır, qarşılıqlı anlaşmaya xidmət edir.
Əsgər Məmmədovun yaradıcılıq uğurları Rusiyada yüksək qiymətləndirilib. Prezident V.V.Putinin 21 dekabr 2005-ci il tarixli fərmanı ilə ona Rusiya Federasiyasının Əməkdar rəssamı fəxr adı verilmiş, həmçinin Rusiya Rəssamlıq Akademiyasının gümüş və qızıl medalları ilə, bir çox fəxri fərmanlarla təltif edilmişdir. O, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiyasıyanın, Paris Beynəlxalq Elm və İncəsənət Akademiyasının üzvüdür və həmin Akademiyanın xüsusi Diplomunu almışdır.

Sərgiyə giriş pulsuzdur. Sərgi cari il mart ayının 10-dək davam edəcəkdir. Açılış günündən olan fotoları sizə təqdim edirik. Fotolar Rustam Qasımova məxsusdur.

Frame.az

This slideshow requires JavaScript.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!