Ətri bədəninizdəki bu nahiyələrə vuraraq daha qalıcı edə bilərsiniz
Bəzən ətirlərin qalıcı olmamasından şikayət edirik. Təbii ki, ağlımıza gələn ilk şey ətrin keyfiyyətsiz olmağıdır. Lakin, ətri lazım olan nahiyələrə vurmadıqda, onun qalıcılığı da uzun çəkmir. Bununla bağlı məsləhətlərimizdən faydalana bilərsiniz.
1. Saçlar – Ətri saçların ucuna vurduqda daha qalıcı olur. Hətta darağınıza ətir vurub saçlarınızı daraya da bilərsiniz.
2. Qulaq arxası – bu nahiyədə damarlar dəriyə daha yaxın istiqamətdən keçir. Buna görə də qulaq arxasına vurulan ətir qalıcı olur.
3. Boynun arxa hissəsi – bu nahiyəyə vurulan ətir uzunmüddətli qalır.
4. Dirsəyin iç hissəsi – ətri biləyinizin əvəzinə dirsəyin iç tərəfinə vursanız gün boyu qoxusu qalacaq.
5. Göbək nahiyəsi – bu hissəyə vurulan ətir çox qalıcı olur. Səbəb isə göbək hissədə bədənin temperaturu daha yüksək olur və bu da ətrin qalıcı və daha gğzəl qoxu verməyinə səbəb olur.
6. Dizinizin arxa hissəsi- bu hissə ətrin qalıcı olmağı üçün ən yaxşı yerlərdən biridir.