EventsMusiqiMədəniyyətTəqdimat

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hacıyev) Bakıda konsert verib

“Sea Breeze” istirahət mərkəzində gerçəkləşən gecə anşlaqla keçib.

Səhnəyə “Без тебя не Я” mahnısı ilə çıxan ifaçı maraqlı söhbətləriylə diqqət çəkib.

Tamaşaçıları salamlayan Jony mahnılarını pərəstişkarları ilə birlikdə səsləndirib.

“Vətənimdə səhnəyə çıxanda istəmədən gözlərim yaşla dolur. Bura gələn hər birinizə dərin təşəkkürümü bildirirəm. Əzizlərim, sizi görməyə çox şadam. Konsertin gec başladığı üçün sizdən üzr istəyirəm. Gözlədik ki, hamı gəlsin. Çünki tıxac var. Və sonra gecəmizə başlayaq. Gəlmişəm ki, bu gün bu səhnədə ruhumun bir parçasını qoyum. Kiçik yaşlarımdan musiqinin aşiqiyəm. Həyatımı musiqisiz təsəvvür belə etmirəm. Bir gün belə olmur ki, musiqi dinləməyim. İstər sevincli, istər qəmgin olanda musiqi hər zaman mənimlədir. Motivasiya alanda musiqiyə qulaq asıram. Allahıma təşəkkür edirəm ki, sizin üçün mahnı yazmaq kimi bir imkanı mənə verib. Bunu qiymətləndirdiyinizə görə sizə minnətdaram. Çox sağolun. Siz arzularımı gerçəkləşdirdiniz” deyə, müğənni bildirib.

İfaçı konsert boyunca repertuarında yer alan hit bəstələrini səsləndirib.

Jony ötən il konsertində oxuduğu və sevilən “Sən şamsan əgər”i bu dəfə əmisi ilə duet şəklində ifa edib.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!