Baku City CircuitFormula 1IdmanTəqdimat

“Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq” – FIA prezidenti Mohammed Ben Sulayem

Bakı Şəhər Halqasının 16-cı döngəsinə qadın marşallar rəhbərlik edir.

 

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 qadınların fəal rolunu vurğulamaq üçün bir ilkə imza ataraq Bakı Şəhər Halqasının həlledici, 16.2-ci döngəsində “Qadın Marşal Postu” yaratmışdır. Artıq üçüncü ildir ki, tətbiq edilən bu təşəbbüslə qadın marşallar yarış əməliyyatlarında ön sıralarda olur ki, bu da yeniliyə və tədbirin əhəmiyyətli məqamına çevrilir. Belə ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Azərbaycanda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem bu gün qadın marşallarla görüşüb.

 

BŞH-nin baş direktoru Maqsud Fərzullayev: “Qadın marşallarımızın 16-cı döngədə yerləşən postu onların töhfələrinin yarışın gələcəyi üçün nə qədər vacib olduğunu göstərir. Qadınları belə mühüm bir posta yerləşdirməklə, biz sadəcə onların nailiyyətlərini qeyd etmirik—eyni zamanda daha inklüziv və dinamik bir idman üçün yol açırıq. Qlobal miqyasda motoraport inkişaf etdikcə, Bakı Şəhər Halqasının Qadın Marşal Postu bu idmanın müxtəlifliyi qəbul etdiyini və qadınlar üçün daha çox imkanlar yaratdığını nümayiş etdirir.”

 

Hazırda Azərbaycan Qran Prisinin ümumi marşal heyətinin 36%-ni təşkil edən qadınlar kişi həmkarları ilə mühüm vəzifələri yerinə yetirir, o cümlədən trekdə baş verən hadisələri idarə və yarış əməliyyatlarına nəzarət edirlər.

 

“Qürurverici haldır ki, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti qadınların idmandakı nüfuzunun artması üçün bu cür təşəbbüslə çıxış edib. Bərabərlik, Müxtəliflik və İnklüzivlik siyasəti FIA-nın başlıca qayəsi olmaqla, qadınların idarəçilik mövqeyinin artmasına töhfə vermək vacib məqsədlərimizdəndir. Ümid edirəm, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq. ” – deyə görüş zamanı FIA prezidenti bildirib.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!