Təqdimat

2017-ci ilin əvvəlindən ağıllı cihazlar üçün zərərli proqramların sayı iki dəfə artıb

Əşyaların interneti cihazlarına zərərli proqramlar tərəfindən hücumların sayı 7 mini keçib və onların yarısından çoxu məhz 2017-ci ilin ilk altı ayında yaranıb. Bu cür statistik göstəricilər “Kasperski Lab” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanan məqalədə əksini tapıb. Şirkətin analitikləri onu da qeyd edib ki, hazırda dünyada 6 milyarddan çox cihaz internetə qoşulub və insanlar ciddi təhlükələrə məruz qalır. Cinayətkarlar ağıllı cihazların sistemlərini qırmaqla istifadəçiləri izləyə bilir, onları şantaj edir və hər hansı bir cinayət törətmək üçün onların cihazlarındanbir vasitə kimi yararlanır.

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri eksperiment aparıb və müxtəlif ağıllı cihazları təqlid edən tələ (hanipotlar) qurublar. Ekspertləronlara ilk icazəsiz qoşulmanı artıq bir neçə saniyə ərzində aşkarlayıblar. Bir sutka ərzində artıq on minlərlə müraciət qeydə alınır. Ekspertlərin hücumlarla bağlı nəzarət etdiyi cihazların 63%-dən çoxu İP kameralar olub. 16%-i isə müxtəlif şəbəkə cihazları və ruterlər olub. Daha 1% Wi-Fi retranslyatorlar, TV, İP telefon cihazları, Tor çıxış düyünləri, printerlər və “ağıllı ev” cihazlarının payına düşüb. Digər 20% cihazı isə birmənalı olaraq təyin etmək mümkün olmayıb.

Cihazların coğrafi yerləşməsinə gəldikdə, ekspertlərin hanipotlara edilən hücumlardan aşkar edilən İP ünvanlara əsasən, bu mənzərənin şahidi oluruq: ilk üç sıranı Çin (14%), Vyetnam (12%) və Rusiya (7%) tutub.

Bu cür hücumların sayının artmasının səbəbi sadədir: hazırkı dövrdə əşyaların interneti,demək olar ki,kiberhücumlardanmüdafiə olunmur. Cihazların böyük əksəriyyəti “Linux” əməliyyat sistemi üzərində çalışır ki, bu da cinayətkarların işini asanlaşdırır: onlar böyük miqdarda cihaza təsir edə biləcək sadəcə bir zərərli proqram yarada bilərlər. Bundan başqa, əşyaların interneticihazlarının böyük qismində müdafiə həlləri mövcud deyil, istehsalçılar isə nadir hallarda təhlükəsizlik yenilənmələrini edirlər.

“Ağıllı cihazların təhlükəsizliyi çox ciddi məsələdir, bu haqda hər kəs düşünməlidir. Ötən il onu göstərdi ki, bu, mümkün təhlükə deyil, real təhlükədir. Son zamanlar əşyaların interneti cihazları üçün hazırlanmış zərərli proqramların sayı sürətlə artıb, lakin bu, hələ də maksimum deyil. Daha bir yüksəliş nöqtəsi DdoS-hücumları bazarı ola bilər. Burada yüksək rəqabət cinayətkarları daha güclü hücumlar etməyə kömək edəcək yeni resurslar axtarışına çıxmağa məcbur edir. “Mirai” botneti göstərdi ki, bu cür resurslar rolunda artıq sayı milyardlarla olan ağıllı cihazlar çıxış edə bilərlər, 2020-ci ilə isə müxtəlif şirkətlərin analitikləri bu cihazların sayında 20 milyarddan 50 milyardadək artım proqnozlaşdırırlar”, – deyə “Kaspersky Lab” şirkətinin kibertəhlükəsizlik üzrə eksperti Vladimir Kuskov bildirib.

Əşyaların interneti cihazlarına edilən hücumlar, eyni zamanda, cihazlarınızı viruslardan qorumaq yolları barədə daha ətraflı:https://securelist.ru/honeypots-and-the-internet-of-things/30874/.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!