Mobil dünyaTəqdimat

2023-cü ildə Kasperky həlləri Azərbaycanda 945 mindən çox fişinq hücumu qeydə alıb

Kaspersky-nin həlləri 2023-cü ildə Azərbaycanda istifadəçilərin fişinq səhifələrinə 945 mindən çox keçid cəhdini bloklayıb. Fişerlərin aktivliyində ən böyük artım payız aylarında qeydə alınıb*.

Fişinq məzmununun yayılmasının ən populyar üsulları arasında messencerlər və sosial şəbəkələr yer alıb. Təcavüzkarlar öz sxemlərində kriptovalyuta birjaları mövzusundan da istifadə ediblər, çatbotlara (söhbət botları) artan marağı istismar ediblər, o cümlədən bu cür funksionallığa malik lakin əslində heç bir dil modelinə bağlı olmayan saxta resurslar yaradıblar. Təcavüzkarlar, məsələn, hədəfli fişinq hücumları hazırlayarkən mətnlər yazmaq üçün real çatbotlardan istifadə edirlər. 

Fırıldaqçılar həmçinin sınaqdan keçmiş üsullara əl atıblar, xüsusən də onlar fişinq sxemlərini cari xəbər gündəminə, məsələn, səs-küylü film premyeralarına, çoxdandır gözlənilən relizlərə, böyük idman və mədəniyyət tədbirlərinə uyğunlaşdırıblar. Fişerlər yeniliklərə daha ucuz və ya erkən giriş təklif edə bilərlər. 

“Təcavüzkarlar daim öz üsullarını təkmilləşdirir, süni intellektdən istifadəyə əl atır, o cümlədən maşın öyrənmə texnologiyaları vasitəsilə hücumlarını fərdiləşdirirlər. Nəticədə, fişinq e-poçtları və saytlar qurbanlar üçün daha inandırıcı olur. Botlardan və avtomatlaşdırılmış sistemlərdən istifadə edərək hücumların miqyasının artırılması daha çox potensial hədəflərə çatmağa imkan verir və bu cür hücumların uğur qazanma ehtimalını artırır. İstifadəçilər rəqəmsal savadlılıq səviyyələrini daim təkmilləşdirməli, həmçinin cihazlarda onları təcavüzkarlardan qoruya biləcək təhlükəsizlik həllərindən istifadə etməyi unutmamalıdırlar”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Daha ətraflı: https://securelist.ru/spam-phishing-report-2023/109104/ 

Fişinq hücumlarının qurbanı olmaq riskini minimuma endirmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

  • şübhəli göndəricilərdən gələn mesajları açmayın və onlardakı linklərə keçid etməyin;
  • göndərici etibarlıdırsa, lakin mesajın mətni şübhəli görünürsə, onunla alternativ üsulla əlaqə saxlamaq və məlumatı dəqiqləşdirmək daha yaxşıdır;
  • saytın URL-ni yoxlayın – adətən fişinq səhifələrinin ünvanı zahirən qanuni ünvana bənzəyir. O, ilk baxışda nəzərə çarpmayan kiçik səhvləri ehtiva edə bilər, məsələn, l əvəzinə 1 və ya O əvəzinə 0;
  • Kaspersky Premium kimi etibarlı təhlükəsizlik həllindən istifadə edin. O, spamları, həmçinin fişinq linklərinə klikləmək cəhdlərini effektiv şəkildə aşkarlayır və bloklayır.

* Kaspersky-nin həllərinin Azərbaycandakı nəticələrinin emalının anonimləşdirilmiş statistikası.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!