Mobil dünyaTəqdimat

2023-cü ildə Kaspersky həlləri müstəqil sınaqlarda 93 dəfə birinci yeri tutub

2023-cü il ərzində Kaspersky həlləri təhlükəsizlik texnologiyalarının 100 müstəqil testində 94 dəfə ilk üçlükdə yer alıb, o cümlədən 93 dəfə birinci yerə layiq görülüb.
TOP-3 göstəricisi təqvim ili ərzində təhlükəsizlik həlləri hazırlayan şirkətlərin həllərinin müstəqil sınaqlardan necə uğurla keçdiyini əks etdirir. Bu yanaşma daha obyektiv və qərəzsizdir, çünki qiymətləndirmə şirkətlərin “AV-Comparatives”, “AV-TEST”, “SE Labs” və digərləri tərəfindən aparılan bir neçə müstəqil sınaqda iştirakının nəticələrinə əsasən hesablanır.

Kaspersky-nin 2023-cü ildə əldə etdiyi əsas nailiyyətlərdən biri “AV-Comparatives”in “İlin məhsulu” mükafatıdır. Bu mükafata istifadəçilərin rəqəmsal həyatlarını qorumaq üçün yeni həll xəttindən olan Kaspersky Standard həlli layiq görülüb. Bu həll “Public Consumer Main-Test Series”dən olan yeddi sınaqda minimal yalnış pozitivlərlə ən yaxşı qoruma və performans kombinasiyası göstərərək ən yüksək “Advanced+” reytinqini qazanıb.
“Windows” cihazlarını qorumaq üçün Kaspersky Plus həlli bütün iştirakçı məhsullar arasında “SE Labs’ Endpoint Security: Home 2023”ün dörd rüblük sınaqlarında ən yüksək ümumi qoruma effektivliyi reytinqini (Total Accuracy Rating) alan yeganə həll olub. “Kaspersky Safe Kids” həlli uşaqlar üçün uyğun olmayan saytların ən azı 98%-ni bloklayaraq və heç bir yanlış pozitiv göstərməyərək “AV-Comparatives’ Parental Control Certification”dan keçib.
Kaspersky Lab həlləri həmçinin “AV-TEST”dən yeddi ədəd illik “BEST 2023” mükafatı alıb. Xüsusilə, macOS üçün “Kaspersky Plus” həlli ən yaxşı təhlükəsizlik həlli kimi tanınıb. “Kaspersky Standard”, “Kaspersky Security for Business” və “Kaspersky Small Office Security” həlləri iş stansiyalarının fidyə və stiler (oğurluq) proqramlarından istifadə ilə həyata keçirilən mürəkkəb hücumlardan mütləq qorunmasına görə “Advanced Threat Protection 2023” mükafatlarını, eləcə də il ərzində ən az sayda yalnış pozitivlərə görə “Best Usability 2023” mükafatlarını qazanıb.
“Kaspersky Standard”, “Kaspersky Security for Business” və “Kaspersky Small Office Security” həlləri “AV-TEST” sınaq laboratoriyası tərəfindən şəxsi istifadəçilər və şirkətlər üçün iki aylıq təhlükəsizlik həllərinin sertifikatlaşdırılmasının nəticələrinə əsasən müntəzəm olaraq “TOP PRODUCT” reytinqlərinə daxil edilir. Sınaq prosesinə real və ümumi kibertəhlükələrdən qorunmaq üçün iki ssenari, performans səviyyələrinin qiymətləndirilməsi üçün beş ssenari və yanlış pozitivlərin sayının müntəzəm monitorinqi daxildir.
“Kaspersky Endpoint Detection and Response Expert (KEDR Expert)” məhsulu 100% mürəkkəb təhdidlərə qarşı 100% müdafiə ilə “AV-Comparatives”in “Endpoint Prevention & Response (EPR)” sınağının nəticələrinə əsasən “Strateji lider” statusunu əldə edib. O, həmçinin “AV-TEST Approved Advanced Endpoint Detection and Response Certification”ın sertifikasiyasından keçib. Tədqiqata “Hafnium” və “Lazarus” kiber qruplarının hücumlarının simulyasiyası daxildir. Birinci ssenaridə “KEDR Expert” həlli bütün zərərli texnikaları, ikincidə isə 30-dan 29-unu aşkar edib. Məhsul “SE Labs’ Enterprise Advanced Security (EDR)” sınağında ən yaxşı nəticələri göstərərək bütün 16 hədəfli hücumu yalnış pozitivlər olmadan aşkar edib və ümumi müdafiə effektivliyinə (Total Accuracy Rating) görə ən yüksək balı toplayıb.
“Kaspersky Security for Business” və “Kaspersky Small Office” həlləri “SE Labs”ın dörd rüblük “Endpoint Security (EPS)” sınaqlarının üçündə iştirakçılar arasında ən yüksək “Total Accuracy Rating” nəticələrini göstərib və dörd rüblük sınaqların hər birində ən yüksək AAA mükafatını qazanıb. “Kaspersky Security for Business” həlli həmçinin təhlükəsizlik həlli ilə icazəsiz manipulyasiyanın qarşısını almaq xüsusiyyətinə görə “AV-Comparatives” tərəfindən sınaqdan keçirilib. Sınaq zamanı sistem və istifadəçi məlumatları üçün davamlı olaraq yüksək dərəcədə müdafiə təmin etməyə davam edərkən, məhsulun özünə edilən hücumlara tab gətirmək qabiliyyətini sübut edib.
“İl ərzində çoxlu sayda müstəqil testlərdə iştirak edərək biz mükəmməlliyə sadiqliyimizi nümayiş etdirməklə yanaşı, həm də kibertəhlükəsizlik həllərimizin şəxsi istifadəçilərin və bizneslərin müasir tələblərinə cavab verdiyini təsdiqləyirik. Müstəqil tədqiqatların nəticələrinə əsasən ən yüksək reytinqlər və mükafatlar maksimum müdafiəyə sədaqətimizi nümayiş etdirir. Biz nəinki sənaye standartlarına cavab verməyə, həm də sürətlə dəyişən kibertəhlükə mənzərəsinin gözləntilərini aşmağa çalışırıq”, – deyə Kaspersky-nin təhdidlərin tədqiqatı şöbəsinin rəhbəri Aleksandr Liskin bildirir.
Metodologiya və sınaq prosesi haqqında ətraflı məlumatla, həmçinin TOP-3 iştirakçıların tam siyahısı ilə buradan tanış ola bilərsiniz: https://www.kaspersky.ru/top3.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!